MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başa çatıb

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başa çatıb Nursultan Nazarbayev deyib ki, MDB-nin sədri kimi ölkəsi qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə çalışıb
Xarici siyasət
16 Oktyabr , 2015 11:33
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başa çatıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası çərçivəsində dövlət başçılarının məhdud tərkibdə keçirilən iclası başa çatıb. 

"Report" xəbər verir ki, iclas iştirakçılarını salamlayan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Belarus Prezidenti Aleksandr Lukaşenkonu yenidən dövlət başçısı seçilməsi, həmçinin Qırğızıstanda parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdırıb.

Qazaxıstan dövlətinin başçısı bildirib ki, MDB-nin sədri kimi ölkəsi qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə çalışıb. Qazaxıstan Prezidenti təşkilatın üzv ölkələr arasında çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yaxşı platforma olduğunu qeyd edib. İclasın gündəliyindəki məsələlərdən danışan Nursultan Nazarbayev burada qəbul ediləcək qərarların, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi