​Malta baş naziri Dövlət Bayrağı Meydanı ilə tanış olub

​Malta baş naziri Dövlət Bayrağı Meydanı ilə tanış olub Baş nazir muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Xarici siyasət
15 Dekabr , 2014 19:38
​Malta baş naziri Dövlət Bayrağı Meydanı ilə tanış olub

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanda rəsmi səfərdə olan Malta baş naziri Cosef Muskat Dövlət Bayrağı Meydanı ilə tanış olub.

"Report" xəbər verir ki, Malta baş nazirinə Bayraq Meydanı və onun ərazisində həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri haqqında məlumat verilib.

Sonra Dövlət Bayrağı Muzeyi ilə tanış olan qonağa burada nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Baş nazir muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi