Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanda rəsmi səfərdə olan Malta baş naziri Cosef Muskat Dövlət Bayrağı Meydanı ilə tanış olub.
"Report" xəbər verir ki, Malta baş nazirinə Bayraq Meydanı və onun ərazisində həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri haqqında məlumat verilib.
Sonra Dövlət Bayrağı Muzeyi ilə tanış olan qonağa burada nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
Baş nazir muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.