Bakı. 27 oktyabr. REPORT.AZ/ Macarıstanın xarici siyasət məsələlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto (Péter Szijjártó) Azərbaycana rəsmi səfərə gələcək.
"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, noyabr ayının 3-4-də baş tutacaq səfər zamanı P.Siyartonun Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, mədəniyyət naziri Əbülfəz Qarayev və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.
Məlumata görə, görüş zamanı Bakıda Macarıstan Mədəniyyət İnstitutunun açılması haqqında memorandumun imzalanması nəzərdə tutulur.