Kuba səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb

Kuba səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb Nazir Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu etdi
Xarici siyasət
7 Oktyabr , 2016 17:08
Kuba səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kinteronu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Azərbaycanın hal-hazırda QH-nin üçlüyünə daxil olduğunu, 2019-cu ildə XVIII zirvə toplantısının Azərbaycanda keçiriləcəyini və ölkəmizin 2019-2022-ci illərdə QH-yə sədrlik edəcəyini deyib.

Nazir Elmar Məmmədyarov səfir Omar Senon Medina gələcək fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi