Kolumbiya müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb

Kolumbiya müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb Nazir Elmar Məmmədyarov Əsəd Xose Xater Penyanı qəbul edib
Xarici siyasət
17 Dekabr , 2015 18:04
Kolumbiya müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Əsəd Jose Jater Penanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Kolumbiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı biznes forumların keçirilməsinin zəruriliyi vurğulanıb.

Jose Jater Pena diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Elmar Məmmədyarov Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafına verdiyi töhfələrinə görə diplomata təşəkkürünü ifadə edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Son xəbərlər

Orphus sistemi