Kiyevdə GUAM-a üzv ölkələrin daimi nümayəndələrinin görüşü keçirilib

Kiyevdə GUAM-a üzv ölkələrin daimi nümayəndələrinin görüşü keçirilib Görüş zamanı Azərbaycanın GUAM-da 2016-cı ildəki sədrliyinin proqramı layihəsi barədə məlumat verilib
Xarici siyasət
23 Fevral , 2016 18:16
Kiyevdə GUAM-a üzv ölkələrin daimi nümayəndələrinin görüşü keçirilib

Bakı. 23 fevral. REPORT.AZ/ Kiyevdə GUAM Katibliyində təşkilata üzv olan dövlətlərin daimi nümayəndələrinin görüşü keçirilib.

"Report" təşkilatın saytına istinadən xəbər verir ki, görüş zamanı tərəflər GUAM-ın hazırkı fəaliyyəti və onun gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb.

Həmçinin, Azərbaycanın GUAM-da 2016-cı ildəki sədrliyinin proqramı layihəsi barədə məlumat verilib.

GUAM-ın baş katibi Altay Əfəndiyev Bakıya işgüzar səfərinin yekunları barədə məlumat verib, eləcə də cari və əvvəlki ay üçün təşkilatın fəaliyyəti haqqında qısa hesabat verib.

Bundan əlavə, görüşdə təşkilatın işinin gücləndirilməsi metodları və onun səmərəliliyinin yaxşılaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi