Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 7-də başa çatıb.
Xarici siyasət
7 May , 2024 17:47
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri mayın 7-də başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

Son xəbərlər

Orphus sistemi