Dövlət Komitəsinin sədri: "Qlobal Bakı Forumunda səslənən fikirlər Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşməyə də bilər"

Dövlət Komitəsinin sədri: "Qlobal Bakı Forumunda səslənən fikirlər Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşməyə də bilər" Nazim İbrahimov: "Qlobal Bakı Forumunda Qarabağ məsələsi də müzakirə olunacaq"
Xarici siyasət
8 Mart , 2016 10:55
Dövlət Komitəsinin sədri: Qlobal Bakı Forumunda səslənən fikirlər Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşməyə də bilər

Bakı. 8 mart. REPORT.AZ/ "IV Qlobal Bakı Forumunda səslənən fikirlər Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşməyə bilər". “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N.İbrahimov bildirib ki, Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi edir və bu, siyasi zəmində olan bir tədbirdir: “İnanırıq ki, Qlobal Bakı Forumu dünyada gələcək qlobal forumların sırasında öz inamlı yerini tutacaq. Belə forumlar keçirilərkən bəzi insanlar burada səslənən fikirlərdən narahat olurlar, bu fikirlərin Azərbaycanın yürütdüyü siyasətə problem yaradacağını düşünürlər. Bu forumlarda hər kəs fikrini söyləyə bilər. Burada səslənən fikirlər Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşməyə, bəzi hallarda tam əksi də ola bilər. Forumların bir qaydası burada azad fikirlərin səslənməsidir. Yəni, hansısa ölkədəki vəziyyət müzakirə olunarsa, hər kəs azad şəkildə fikrini söyləyə bilər”.

Komitə sədri qeyd edib ki, Qlobal Bakı Forumunda Qarabağ məsələsi də müzakirə olunacaq: “Hər bir forum başa çatdıqdan sonra qonaqlar öz ölkələrində məqalələrlə çıxış edirlər. Bu forumdan sonra da Azərbaycanla bağlı fikrlərini bildirəcəklər. Bu, Azərbaycanın tanıdılması deməkdir. Forumda Qarabağ probleminə olan yanaşmada ikili standartlar da müzakirə mövzusu olacaq”.

Son xəbərlər

Orphus sistemi