​İsmayıl Alper Coşkun: "Türkiyə-Rusiya münasibətlərinin bərpasında Azərbaycanın rolu böyük olub"

​İsmayıl Alper Coşkun: "Türkiyə-Rusiya münasibətlərinin bərpasında Azərbaycanın rolu böyük olub" Səfir: "Türkiyə rəsmiləri buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib"
Xarici siyasət
12 Avqust , 2016 11:44
​İsmayıl Alper Coşkun: Türkiyə-Rusiya münasibətlərinin bərpasında Azərbaycanın rolu böyük olub

Bakı. 12 avqust. REPORT.AZ/ "Rusiya və Türkiyə arasında münasibətlərin bərpa olunmasında Azərbaycanın hərtərəfli rolu və iştirakı olub”

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.
Səfir bildirib ki, Türkiyə rəsmiləri buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib: “Rusiya ilə münasibətlərimizin yaxşı olmadığı dövrlərdə Azərbaycanla yanaşı bir çox dost və qardaş ölkələr hər mənada köməkliyə hazır olduğuqlarını bəyan etdilər. Türkiyənin çətin günlərində Azərbaycan heç zaman köməyini əsirgəməyib. Eyni zamanda, qeyd etməliyəm ki, bu münasibətlərin nizamlanmasında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də iştirakı böyük olub”. 

Son xəbərlər

Orphus sistemi