Bakı. 21 yanvar. REPORT.AZ/ İran xarici işlər nazirinin müavini, İran Diplomatik Akademiyasının rəhbəri Hadi Süleymanpurun Azərbaycana səfərinin vaxtı təxirə salınıb. Bu barədə "Report"a "ADA" Universitetindən bildiriblər.
Səfər vaxtının təxirə salınmasının səbəbləri açıqlanmır. Ehtimal olunur ki, H.Süleymanpur yanvarın sonları - fevralın əvvəllərində Azərbaycana səfər edəcək.
Qeyd edək ki, İran xarici işlər nazirinin müavini Hadi Süleymanpur yanvarın 21-22-də "ADA" Universitetinin rektoru Hafiz Paşayevin dəvəti ilə Azərbaycana gəlməli idi. Səfər zamanı iki universitet arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənilirdi.