​İran xarici işlər nazirinin müavininin Azərbaycana səfərinin vaxtı təxirə salınıb

​İran xarici işlər nazirinin müavininin Azərbaycana səfərinin vaxtı təxirə salınıb Səfər vaxtının təxirə salınmasının səbəbləri açıqlanmır
Xarici siyasət
21 Yanvar , 2015 11:02
​İran xarici işlər nazirinin müavininin Azərbaycana səfərinin vaxtı təxirə salınıb

Bakı. 21 yanvar. REPORT.AZ/ İran xarici işlər nazirinin müavini, İran Diplomatik Akademiyasının rəhbəri Hadi Süleymanpurun Azərbaycana səfərinin vaxtı təxirə salınıb. Bu barədə "Report"a "ADA" Universitetindən bildiriblər. 

Səfər vaxtının təxirə salınmasının səbəbləri açıqlanmır. Ehtimal olunur ki, H.Süleymanpur yanvarın sonları - fevralın əvvəllərində Azərbaycana səfər edəcək.

Qeyd edək ki, İran xarici işlər nazirinin müavini Hadi Süleymanpur  yanvarın 21-22-də "ADA" Universitetinin rektoru Hafiz Paşayevin dəvəti ilə Azərbaycana gəlməli idi. Səfər zamanı iki universitet arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənilirdi.