Bakı. 18 may. REPORT.AZ/ "Sahə" işlərinin başlanması üçün zəruri olan kartoqrafik materialların hazırlanmasını, demək olar ki, başa vurmuşuq. Həmçinin, sərhəd nişanlarının quraşdırılması, bölgü yerlərinə çıxış üçün qurumlararası demarkasiya işçi qrupunun formalaşdırılması üzrə konkret mərhələli plan işləyib hazırlamışıq".
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.
"Demarkasiya hər zaman birgə proses olub. Azərbaycanlı qonşularımızın və həmkarlarımızın hazırlıq səviyyəsini nəzərə aldıqda Rusiyanın cənub hissəsində sərhəd dirəklərinin basdırılmasının artıq gələn ildən başlayacağını düşünürəm", - deyə o bildirib.