Prezident İlham Əliyev Davosda “Airbus Group International” şirkətinin direktoru ilə görüşüb

Prezident İlham Əliyev Davosda “Airbus Group International” şirkətinin direktoru ilə görüşüb “Azərbaycan Hava Yolları” QSC ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib
Xarici siyasət
22 Yanvar , 2015 12:01
Prezident İlham Əliyev Davosda “Airbus Group International” şirkətinin direktoru ilə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Airbus Group International” şirkətinin direktoru Jan-Pyer Talamoni ilə görüşüb. “Report” “AzərTAc”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında kosmos sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı “Azərbaycan Hava Yolları” QSC ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi