Yuxarı

Prezident İlham Əliyev Davosda “Airbus Group International” şirkətinin direktoru ilə görüşüb

“Azərbaycan Hava Yolları” QSC ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Airbus Group International” şirkətinin direktoru Jan-Pyer Talamoni ilə görüşüb. “Report” “AzərTAc”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında kosmos sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı “Azərbaycan Hava Yolları” QSC ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi