Heydər Əliyev Mərkəzi BMT-nin rəngi ilə işiqlandırılacaq

Heydər Əliyev Mərkəzi BMT-nin rəngi ilə işiqlandırılacaq Aksiya "Dünyanı BMT mavi rənginə boya" Qlobal Kampaniyası çərçivəsində keçiriləcək
Xarici siyasət
20 Oktyabr , 2015 14:11
Heydər Əliyev Mərkəzi BMT-nin rəngi ilə işiqlandırılacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Oktyabrın 24-də axşam saatlarında Heydər Əliyev Mərkəzinin binası Birləşmiş Millətlər Təşkilatının (BMT) 70-ci ildönümü münasibəti ilə BMT-nin mavi rəngi ilə işıqlandırılacaq.

"Report"un xəbərinə görə, bu barədə BMT-nin Bakı ofisi məlumat yayıb.

Dünyanın 45-dən çox ölkəsində 150-dən artıq rəmzi abidə və binaların işıqlandırılacağı "Dünyanı BMT-nin mavi rənginə boya" qlobal kampaniyası Azərbaycanda BMT-nin Ölkədəki Nümayəndəliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi