​Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

​Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək Səfir: "Hazırda biz Gürcüstan baş nazirinin səfərinə və iclasa hazırlaşırıq"
Xarici siyasət
6 Aprel , 2016 14:02
​Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Bakı. 6 aprel. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirkaşvili mayın birinci ongünlüyündə Azərbaycana səfər edəcək. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycanın Tbilisidəki səfiri Azər Hüseyn bildirib.

Məlumata görə, Gürcüstan hökumətinin başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

"Hər iki tərəfdən komissiyaya baş nazirlər rəhbərlik edir. Hazırda biz Gürcüstan baş nazirinin səfərinə və iclasa hazırlaşırıq", - deyə səfir vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi