Yuxarı

​Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Səfir: Hazırda biz Gürcüstan baş nazirinin səfərinə və iclasa hazırlaşırıq

Bakı. 6 aprel. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirkaşvili mayın birinci ongünlüyündə Azərbaycana səfər edəcək. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycanın Tbilisidəki səfiri Azər Hüseyn bildirib.

Məlumata görə, Gürcüstan hökumətinin başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

"Hər iki tərəfdən komissiyaya baş nazirlər rəhbərlik edir. Hazırda biz Gürcüstan baş nazirinin səfərinə və iclasa hazırlaşırıq", - deyə səfir vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi