G7 ölkələri Azərbaycan və Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb

G7 ölkələri Azərbaycan və Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb G7 ölkələrinin xarici işlər nazirləri Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh prosesinə sadiq qalmağa çağırıb.
Xarici siyasət
19 Aprel , 2024 15:32
G7 ölkələri Azərbaycan və Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb

G7 ölkələrinin xarici işlər nazirləri Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh prosesinə sadiq qalmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə G7 ölkələrinin XİN başçılarının Kapri adasında keçirilən üçgünlük görüşünün yekunu üzrə birgə bəyanatında bildirilib.

“Biz Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq”, - sənəddə qeyd edilib.

G7 ölkələri regionda vəziyyətin daha da gərginləşməsinin qəbuledilməz olduğunu və bütün səviyyələrdə, xüsusən də Avropa İttifaqı və ABŞ tərəfindən təqdim edilən danışıqlar çərçivəsində gələcək konstruktiv təmasları təşviq etməyə hazır olduqlarını vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi