Fransanın Azərbaycan vətəndaşlarına verdiyi vizaların sayı artıb

Fransanın Azərbaycan vətəndaşlarına verdiyi vizaların sayı artıb Bu ilin ilk dörd ayı ərzində Azərbaycan vətəndaşlarına 4 mindən çox viza verilib
Xarici siyasət
27 May , 2015 19:57
Fransanın Azərbaycan vətəndaşlarına verdiyi vizaların sayı artıb

Bakı. 27 may. REPORT.AZ/ 2012-ci illə müqayisədə Fransa səfirliyinin Azərbaycan vətəndaşlarına verdiyi vizaların sayı 2.5 dəfə artıb. "Report"un verdiyi məlumata görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, bu ilin ilk dörd ayı ərzində səfirlik Azərbaycan vətəndaşlarına 4131 viza verib: "Müraciət edənlərdən yalnız 4.79 faizinə viza verilməyib. Müqayisə üçün bildirək ki, səfirlik tərəfindən 2012-ci ilin yanvar-aprel ayları ərzində 1988 viza verilib". 

P.Mönye qeyd edib ki, səfirlik vizanın verilməsi prosedurunu yaxşılaşdırmaq məqsədilə TLS Contact şirkətini bu işə cəlb edib, eyni zamanda, səfirliyin konsulluq şöbəsinin işçilərinin sayı da artırılıb. 

Son xəbərlər

Orphus sistemi