Elmar Məmmədyarov: "Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv olub"

Elmar Məmmədyarov: "Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv olub" "Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir"
Xarici siyasət
20 İyun , 2016 20:09
Elmar Məmmədyarov: Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv olub

Bakı. 20 iyun. REPORT.AZ/ "Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv olub".

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Sankt-Peterburqda Vladimir Putin, İlham Əliyev və Serj Sarqsyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini şərh edərkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir: "İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq". 

Son xəbərlər

Orphus sistemi