Elmar Məmmədyarov: "Azərbaycanda söz azadlığı mövcuddur"

Elmar Məmmədyarov: "Azərbaycanda söz azadlığı mövcuddur" XİN başçısı: "Jurnalistlər fəaliyyətlərinə görə həbs olunmurlar"
Xarici siyasət
30 İyun , 2016 16:30
Elmar Məmmədyarov: Azərbaycanda söz azadlığı mövcuddur

Bakı. 30 iyun. REPORT.AZ/ "Azərbaycanda söz azadlığı mövcuddur və jurnalistlər fəaliyyətlərinə görə həbs olunmurlar".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanda əsas azadlıqların və söz azadlığının vəziyyətini şərh edərkən deyib.

"Şəxsən mən, XİN rəhbəri kimi, hər gün mətbuat azadlığının şahidi oluram. Hərçənd bəzi jurnalistlər bəzən etik qaydalara riayət etmirlər", - deyə nazir bildirib.

Son xəbərlər

Orphus sistemi