Dominik de Vilpen: "Yaxın Şərqdə və Avropada zorakı ekstremizmə qarşı döyüşdə məğlub oluruq"

Dominik de Vilpen: "Yaxın Şərqdə və Avropada zorakı ekstremizmə qarşı döyüşdə məğlub oluruq" Bakıda zorakı ekstremizmin qarşısının alınması üzrə plenar sessiya keçirilir
Xarici siyasət
26 Aprel , 2016 12:50
Dominik de Vilpen: Yaxın Şərqdə və Avropada zorakı ekstremizmə qarşı döyüşdə məğlub oluruq

Bakı. 26 aprel. REPORT.AZ/ "Təəssüf ki, Yaxın Şərqdə, Orta Asiyada və hətta Avropada zorakı ekstremizmə qarşı döyüşdə məğlub oluruq".

"Report" xəbər verir ki, bunu Fransanın keçmiş baş naziri Dominik de Vilpen BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində zorakı ekstremizm qarşısının alınmasına həsr edilmiş plenar sessiyada çıxış edərkən deyib.

Fransanın keçmiş baş naziri zorakı ekstremizm ümumi, qlobal təhlükə olduğunu və onunla mübarizə üçün ümumi iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinin zəruriliyini bildirib.

O, yeni infrastrukturun yaradılmasına şərait yaradacaq Yeni İpək Yolu layihəsinin həyata keçirilməsini alqışlayıb. Sabiq baş nazir fikrini belə izah edib ki, zorakı ekstremizmlə üzləşən regionlar yeni infrastruktun yaradılmasıyla sabitlik əldə edəcək.

Eyni zamanda, Dominik de Vilpen Birləşmiş Millətlər Təşkilatının işini tənqid edib. "BMT kifayət qədər güclü deyil. Təhlükəsizlik Şurasında yeniliklər etmək, Şuranın özünün sülhməramlı qüvvələrini yaratmaq lazımdır", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi