BMT İnkişaf Proqramının Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi təyin edilib

BMT İnkişaf Proqramının Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi təyin edilib Bu vəzifəyə türkiyəli Ercan Murat gətirilib
Xarici siyasət
22 Yanvar , 2016 19:10
BMT İnkişaf Proqramının Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi təyin edilib

Bakı. 22 yanvar. REPORT.AZ/ BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi təyin edilib.

BMT-nin Azərbaycandakı ofisindən “Report”a verilən məlumata görə, bu vəzifəyə türkiyəli Ercan Murat gətirilib.

O bu vəzifədə 2015-ci ilin dekabr ayında diplomatik missiyanı tamamlamış hollandiyalı Antonius Bruku müvəqqəti əvəz edəcək.

E.Murat BMT-də 1964-cü ildən çalışır və BMT sistemində müxtəlif ölkələrdə fərqli vəzifələrdə çalışıb.

Son xəbərlər

Orphus sistemi