Belqradda GUAM ölkələri xarici işlər nazirlərinin görüşü keçirilib

Belqradda GUAM ölkələri xarici işlər nazirlərinin görüşü keçirilib GUAM XİNŞ təşkilatının 2016-cı il üçün büdcəsini təsdiq edib
Xarici siyasət
4 Dekabr , 2015 09:52
Belqradda GUAM ölkələri xarici işlər nazirlərinin görüşü keçirilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci konfransı çərçivəsində GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 26-ci iclası baş tutub.

"Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda təşkilata üzv ölkələrin xarici işlər nazirləri, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, GUAM-ın baş katibi Valeri Çeçelaşvili və təşkilatın növbəti baş katibi Altay Əfəndiyev iştirak edib.

XİNŞ BMT Baş Assambleyasında baxılması üçün "GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" qətnamə layihəsinin mətnini işləyib tamamlamağı Milli Əlaqələndiricilər Şurasına tapşırıb.

Eyni zamanda GUAM ölkələrinin sahəvi əməkdaşlıq məsələləri, o cümlədən iqtisadiyyat və ticarət, nəqliyyat, cinayətkarlıq, qeyri-qanuni miqrasiya və insan alveri ilə mübarizə məsələləri müzakirə olunub.

XİNŞ GUAM nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması üçün Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə işə başlamağı tövsiyə edib və təşkilatın 2016-cı il üçün büdcəsini təsdiq edib.

Son xəbərlər

Orphus sistemi