Bakıda ​TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin V iclası başlayıb

Bakıda ​TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin V iclası başlayıb Tədbir YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunur
Xarici siyasət
18 Dekabr , 2014 10:05
Bakıda ​TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin V iclası başlayıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Bakıda TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi V iclası öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunur.

İclasda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, tədbirin keçirilməsində məqsəd türkdilli ölkələrin YUNESKO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların YUNESKO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.

Tədbir çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dörd dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, iclasda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Hökumət nümayəndələri, YUNESKO təşkilatlarının rəsmiləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKPA, Beynəlxalq Türk Akademiyasının rəhbərləri, YUNESKO üzrə Milli komissiya və komitələrin baş katib və nümayəndələri, mədəniyyət, elm, təhsil, informasiya və kommunikasiya texnologiyaları və YUNESKO-nun fəaliyyət sahəsinə daxil olan digər istiqamətlər üzrə vəzifəli şəxslər və mütəxəssislər iştirak edir.

Son xəbərlər

Orphus sistemi