Bakı. 16 mart. REPORT.AZ/ Bakıda GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) milli koordinatorlarının iclası keçirilir.
"Report" xəbər verir ki, iclas zamanı iştirakçılar Azərbaycanın GUAM-dakı sədrliyi çərçivəsində təşkilatın planlarını, təşkilat məkanında həll olunmamış münaqişələrin nizamlanmasını, o cümlədən Dağlıq Qarabağ münaqişəsini və bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim ediləcək qətnamənin hazırlıqlarını müzakirə edəcək.
İclasda GUAM baş katibi Altay Əfəndiyev də iştirak edir.