Bakıda Donetskdə baş verən təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib

Bakıda Donetskdə baş verən təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib Niderlandın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
Xarici siyasət
11 Noyabr , 2014 14:40
Bakıda Donetskdə baş verən təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Niderland və ölkənin xaricdəki diplomatik nümayəndəliklərində Donetskdə Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarə qəzası qurbanlarının anım günü keçirilib. 

Bu barədə "Report"a Niderlandın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar noyabr ayının 10-da Niderlandın Bakıdakı diplomatik nümayəndəliyində Niderlandın dövlət bayrağı endirilib, səfirliyin əməkdaşları ölən həmvətənlilərinin xatirəsini yad ediblər. 

Xatırladaq ki, Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarəsi bu il iyul ayının 17-də qəzaya uğrayıb, nəticədə 192 Niderland vətəndaşı həlak olub. Ekspertlər təyyarənin raketlə vurulması nəticəsində qəzaya uğradığını ehtimal edirlər. Qəzanın istintaqı davam edir. 

Son xəbərlər

Orphus sistemi