Bakıda Azərbaycan, İran və Rusiya sərhəd xidmətləri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

Bakıda Azərbaycan, İran və Rusiya sərhəd xidmətləri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək Görüşdə iştirak etmək üçün İran Sərhəd Qoşunlarının komandiri Qasım Rzai ölkəmizə gələcək
Xarici siyasət
7 Mart , 2016 15:52
Bakıda Azərbaycan, İran və Rusiya sərhəd xidmətləri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

Bakı. 7 mart. REPORT.AZ/ İran Sərhəd Qoşunlarının komandiri Qasım Rzai martın 8-də Azərbaycana gələcək.

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, üçgünlük səfər Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general-polkovnik Elçin Quliyevin dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində Azərbaycan, İran və Rusiya sərhəd xidmətləri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Onlar rəhbərlik etdikləri qurumların narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq məsələsində əməkdaşlıq potensialını müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi