Bakı. 7 mart. REPORT.AZ/ İran Sərhəd Qoşunlarının komandiri Qasım Rzai martın 8-də Azərbaycana gələcək.
İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, üçgünlük səfər Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general-polkovnik Elçin Quliyevin dəvəti ilə həyata keçiriləcək.
Səfər çərçivəsində Azərbaycan, İran və Rusiya sərhəd xidmətləri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Onlar rəhbərlik etdikləri qurumların narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq məsələsində əməkdaşlıq potensialını müzakirə edəcəklər.