Bakıda Avropa Parlamentinin Azərbaycan üzrə Alt Komitələrinin iclası keçiriləcək

Bakıda Avropa Parlamentinin Azərbaycan üzrə Alt Komitələrinin iclası keçiriləcək Malena Mard: "Aİ-Azərbaycan ikitərəfli münasibətləri baxımından payızda sıxlıq olacaq"
Xarici siyasət
23 İyun , 2016 12:37
Bakıda Avropa Parlamentinin Azərbaycan üzrə Alt Komitələrinin iclası keçiriləcək

Bakı. 23 iyun. REPORT.AZ/ Sentyabrın sonunda Bakıda Avropa Parlamentinin Azərbaycan üzrə Alt Komitələrinin iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlər açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard məlumat verib.

O, iclasda Azərbaycan ilə tərəfdaşlıq və əməkdaşlıq çərçivəsində gündəlikdə duran bütün məsələləri müzakirə etməyə imkanı olacağını qeyd edib: "Buraya təhsil sahəsi, insanlar arasında əlaqələr, ticarət, insan hüquqları və s. daxildir. Bu mövzular üzrə tərəqqi əldə edə bilərik. Aİ-Azərbaycan ikitərəfli münasibətləri baxımından payızda sıxlıq olacaq".

Son xəbərlər

Orphus sistemi