Yuxarı

Bakıda Avropa Parlamentinin Azərbaycan üzrə Alt Komitələrinin iclası keçiriləcək

Malena Mard: Aİ-Azərbaycan ikitərəfli münasibətləri baxımından payızda sıxlıq olacaq

Bakı. 23 iyun. REPORT.AZ/ Sentyabrın sonunda Bakıda Avropa Parlamentinin Azərbaycan üzrə Alt Komitələrinin iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlər açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard məlumat verib.

O, iclasda Azərbaycan ilə tərəfdaşlıq və əməkdaşlıq çərçivəsində gündəlikdə duran bütün məsələləri müzakirə etməyə imkanı olacağını qeyd edib: "Buraya təhsil sahəsi, insanlar arasında əlaqələr, ticarət, insan hüquqları və s. daxildir. Bu mövzular üzrə tərəqqi əldə edə bilərik. Aİ-Azərbaycan ikitərəfli münasibətləri baxımından payızda sıxlıq olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi