Azərbaycanla Albaniya arasında enerji əməkdaşlığı məsələləri müzakirə olunub

Azərbaycanla Albaniya arasında enerji əməkdaşlığı məsələləri müzakirə olunub Bazeldə Azərbaycan və Albaniyanın xarici işlər nazirləri arasında görüş keçirilib
Xarici siyasət
4 Dekabr , 2014 20:29
Azərbaycanla Albaniya arasında enerji əməkdaşlığı məsələləri müzakirə olunub
Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-5-də İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 21-ci iclası çərçivəsində Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb. XİN-dən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rol qeyd olunaraq, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) lahiyələrinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi