Azərbaycan XİN rəhbəri ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

Azərbaycan XİN rəhbəri ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək ATƏT XİNŞ-in 21-ci iclası dekabrın 4-5-də İsveçrənin Bazel şəhərində keçiriləcək
Xarici siyasət
2 Dekabr , 2014 15:03
Azərbaycan XİN rəhbəri ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabr ayının 4-5-də İsveçrənin Bazel şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) 21-ci iclasında iştirak edəcək. "Report" xəbər verir ki, iclas çərçivəsində nazirin çıxışı, eləcə də bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. 

Bir müddət əvvəl bildirilib ki, ATƏT XİNŞ iclası zaman ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşləri keçiriləcək. 

ATƏT Xarici İşlər Nazirləri Şurası hər il dekabr ayında keçirilir. Şurada təşkilatın ərazisində ən aktual məsələlər, il ərzində ATƏT-in fəaliyyətinin nəticələri müzakirə olunur. Bu il nazirlər 20 bəyannamə layihəsini müzakirə edəcəklər. İclasın əsas mövzusu Ukraynadakı böhrana cavab olacaq. 

ATƏT XİNŞ iclasının yekunlarına görə, təşkilatda sədrlik İsveçrədən Serbiyaya keçəcək. 

Son xəbərlər

Orphus sistemi