Azərbaycan XİN rəhbəri: ATƏT DTİHB-in seçki monitorinqlərinin qərəzli olması büroya olan etimada xələl gətirə bilər

Azərbaycan XİN rəhbəri: ATƏT DTİHB-in seçki monitorinqlərinin qərəzli olması büroya olan etimada xələl gətirə bilər Mixael Link regiona səfər etmək niyyətində olduğunu bildirib
Xarici siyasət
5 Dekabr , 2014 17:23
Azərbaycan XİN rəhbəri: ATƏT DTİHB-in seçki monitorinqlərinin qərəzli olması büroya olan etimada xələl gətirə bilər

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərində keçirilən ATƏT XİNŞ-in 21-ci iclası çərçivəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Link ilə görüşüb.

XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı ATƏT DTİHB-lə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

E.Məmmədyarov təsisat tərəfindən aparılan seçki monitorinqlərinin qərəzli olması, monitorinqlərin nəticələri ilə bağlı hazırlanmış hesabatların sifariş əsasında verilməsinin və təşkilatın məhz bu məsələlərdə ikili standartlar tətbiq etməsinin təşkilatla əməkdaşlığa və ona olan etimada xələl gətirə biləcəyini qeyd edib.

M.Link ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, həm seçki, həm də insan hüquqları kimi məsələlərdə ayrı-seçkiliyə yol verilməməsinin vacib amil olduğunu bildirib və təşkilatın gələcək fəaliyyəti zamanı bu iradların diqqət mərkəzində olacağını deyib. O, həmçinin regiona səfər etmək niyyətində olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi