Azərbaycan və Vyetnam hüquq və ədliyyə işi sahəsində əməkdaşlıq haqqında razılaşma imzalayıb

Azərbaycan və Vyetnam hüquq və ədliyyə işi sahəsində əməkdaşlıq haqqında razılaşma imzalayıb Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Vyetnamda səfərdədir
Xarici siyasət
9 Mart , 2016 11:20
Azərbaycan və Vyetnam hüquq və ədliyyə işi sahəsində əməkdaşlıq haqqında razılaşma imzalayıb

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Vyetnamda səfərdədir.

"Report" Vyetnam KİV-inə istinadən xəbər verir ki, səfər zamanı martın 8-də Xanoy şəhərində Azərbaycan və Vyetnam arasında hüquq və ədliyyə işi sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanyıb.

Vyetnamı ölkənin ədliyyə naziri Xa Xu Kionq, Azərbaycanı isə ədliyyə naziri Fikrət Məmmədov təmsil edib. 

İmzalanma mərasimində çıxış edən vyetnamlı nazir iki ölkə arasında səmərəli və ənənəvi dostluğun olduğunu qeyd edib. 

Onun sözlərinə görə, Azərbaycan güclü məhkəmə sisteminə və hüquq sahəsindəki islahatlarda böyük təcrübəyə malikdir, Vyetnam da bundan öz hüquq sisteminin təkmilləşdirilməsində və məhkəmə islahatlarının keçirilmsində istifadə edə bilər. 

Daha əvvəl F.Məmmədov Vyetnam Milli Məclisi (parlament) sədrinin müavini Uonq Çu Luu, Ali Xalq Məhkəməsinin ali hakimi Truonq Xoa Bin, baş nazirin müavini Nquen Tan Zunq ilə görüşüb. 

Səfər martın 10-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi