Bakı. 27 oktyabr. REPORT.AZ/ Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç Azərbaycan baş nazirinin birinci müavini, ticarət və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının həmsədri Yaqub Eyyubovla görüşüb.
Bu barədə "Report" Belarus XİN-ə istinadən məlumat verir.
Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq perspektivlərini müzakirə ediblər.