Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında aksiya keçirilib - FOTO

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında aksiya keçirilib - FOTO Aksiyada “Azərbaycanın daxili işlərinə qarışma!”, “Justice for Khojaly”, “Ermənipərəst mövqeyə son qoy!” şüarları səsləndirilib
Xarici siyasət
12 Sentyabr , 2015 14:21
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında aksiya keçirilib - FOTO

Bakı. 12 sentyabr. REPORT.AZ/ Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə etiraz əlaməti olaraq Avropa İttifaqının Azərbaycandakı (Aİ) nümayəndəliyi qarşısında aksiya keçirilib. “Report”un xəbərinə görə, aksiyada Avropa Parlamentinin Azərbaycana qarşı yürütdüyü anti-Azərbaycan mövqeyinə və ikili standartlara etiraz edilib.

Aksiyada “Azərbaycanın daxili işlərinə qarışma!”, “Justice for Khojaly”, “Ermənipərəst mövqeyə son qoy!”, “Avroparlament reallıq hissini itirib!”, “ATƏT ermənipərəstdir!” şüarları səsləndirilib.

Aksiyada Azərbaycanla yanaşı, Türkiyənin də dövlət bayrağı dalğalandırılıb.

Aksiyanın qətnaməsi oxunduqdan sonra sənəd Aİ-nin Azərbaycandakı nümayəndəliyinə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi