AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gəlib

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gəlib Ştefan Şennah və Sezar Florin Preda 90 saylı Ağdaş seçki dairəsi üzrə iyunun 18-də keçiriləcək təkrar parlament seçkilərini müşahidə edəcək
Xarici siyasət
15 İyun , 2016 09:33
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gəlib

Bakı. 15 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennah və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb. 

AŞPA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 15-dən 18-dək davam edəcək səfər zamanı həmməruzəçilərin Milli Məclisin sədri Oqtay Əsədov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşləri planlaşdırılır. 

Həmməruzəçilərin həmçinin vətəndaş cəmiyyəti, KİV nümayəndələri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və parlamentdə təmsil olunmayan müxalifət partiyalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Ş.Şennah, S.Preda və belçikalı deputat Alan Desteks AŞPA-nın müşahidəçiləri qismində 90 saylı Ağdaş seçki dairəsi üzrə iyunun 18-də keçiriləcək təkrar parlament seçkilərini də müşahidə edəcəklər.

Son xəbərlər

Orphus sistemi