Araz Əzimov İsraildə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Araz Əzimov İsraildə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib Azərbaycan xarici işlər nazirinin müavini Knessetin xarici işlər və müdafiə üzrə Parlament Komitəsinin sədri ilə görüşüb
Xarici siyasət
23 May , 2016 10:22
Araz Əzimov İsraildə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. 23 May. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İsrail Knessetinin deputatı, xarici işlər və müdafiə üzrə Parlament Komitəsinin sədri Tsaçi Haneqbi ilə görüşüb.

"Report" "JewishPress" istinadən xəbər verir ki, tərəflər Təl-Əviv və Bakı arasında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

Görüşdə tərəflər İsrail və Azərbaycan arasındakı əməkdaşlığın parlamentlərarası münasibətlər və yüksək səviyyəli görüşlər vasitəsilə intensivləşdirilməsi barədə razılığa gəliblər.

Azərbaycan xarici işlər nazirinin müavini Aviqdor Libermanın başçılıq etdiyi Azərbaycan-İsrail parlament dostluq qrupunun nailiyyətini yüksək qiymətləndirib.

Görüşdə tərəflər, həmçinin həm yaxın Yaxın Şərq, həm də Cənubi Qafqazda geosiyasi vəziyyəti müzakirə edib.

Son xəbərlər

Orphus sistemi