Bakı. 2 mart. REPORT.AZ/ ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Robert Sekutanın ilk gedəcəyi məkan bəlli olub.
"Report"un məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin "facebook" sosial şəbəkəsindəki səhifəsində keçirilən sorğunun nəticələrinə əsasən, istifadəçilərin 70%-i səfirə Qobustan Dövlət Tarix-Bədii Qoruğuna getməyi məsləhət görüb.
Xatırladaq ki, Azərbaycana gəlməmişdən öncə R.Sekuta videomüraciətində azərbaycanlılardan üç yerdən birinə getməklə bağlı məsləhət verməyi xahiş etmişdi. Bu üç yer də Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Beşbarmaq dağı və "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğudur.