ABŞ-ın Azərbaycandakı yeni səfirinin ilk gedəcəyi məkan bəlli olub

ABŞ-ın Azərbaycandakı yeni səfirinin ilk gedəcəyi məkan bəlli olub Robert Sekuta Qobustan Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edəcək
Xarici siyasət
90
2 Mart , 2015 18:32

Bakı. 2 mart. REPORT.AZ/ ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Robert Sekutanın ilk gedəcəyi məkan bəlli olub. 

"Report"un məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin "facebook" sosial şəbəkəsindəki səhifəsində keçirilən sorğunun nəticələrinə əsasən, istifadəçilərin 70%-i səfirə Qobustan Dövlət Tarix-Bədii Qoruğuna getməyi məsləhət görüb. 

Xatırladaq ki, Azərbaycana gəlməmişdən öncə R.Sekuta videomüraciətində azərbaycanlılardan üç yerdən birinə getməklə bağlı məsləhət verməyi xahiş etmişdi. Bu üç yer də Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Beşbarmaq dağı və "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğudur.