​İstanbulda Ümumdünya Turizm Forumu keçiriləcək

​İstanbulda Ümumdünya Turizm Forumu keçiriləcək Azərbaycan da bu tədbirdə iştirak edəcək
Turizm
3 Aprel , 2015 16:59
​İstanbulda Ümumdünya Turizm Forumu keçiriləcək

Bakı. 3 aprel. REPORT.AZ/ Aprelin 30-da İstanbulda Ümumdünya Turizm Forumu keçiriləcək. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilk dəfədir bu tədbiri dəstəkləyir. Forum çərçivəsində "Turizm və sərmayə", "Xarici siyasət və turizm", "Onlayn turizm" mövzuları ətrafında müzakirələr aparılacaq.

Foruma Avropa, Körfəz dövlətlərinin liderləri, habelə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiya, Qətər və Yunanıstanın turizm qurumlarının rəsmi nümayəndələri də qatılacaq.

Tədbirin sonunda 36 nominasiya üzrə "Turizm Oskarı" mükafatı təqdim ediləcək. 

Son xəbərlər

Orphus sistemi