Silvester Stallone 70 illiyini qeyd edir

Silvester Stallone 70 illiyini qeyd edir Məşhur amerikalı aktyor "Rokki" və "Rembo" filmlərində rolu ilə tamaşaçıların yaddaşında qalıb
Şou-biznes
6 İyul , 2016 17:30
Silvester Stallone 70 illiyini qeyd edir

Bakı. 6 iyul. REPORT.AZ/ Məşhur amerikalı aktyor, ssenarist və rejissor Silvester Stallone 70 illiyini qeyd edir.

"Report"un məlumatına görə, aktyor "Rokki" və "Rembo" filmlərində rolu ilə tamaşaçıların yaddaşında qalıb. 

Qeyd edək ki, Silvester Qardensio Stallone 1946-cı il iyulun 6-da Nyu-Yorkda anadan olub. Kinodakı ilk rolunu 1974-cü ildə "Fletbuş lordları" filmində ifa edib. Stallone öz ssenarisi ilə 1976-ci ildə çəkilən "Rokki" filmi ilə uğur qazanıb. "Yupiter", "Sezar", "Qızıl kamera", "Qızıl qlobus" mükafatlarının laureatıdır. 

Aktyor üç dəfə evli olub, üç oğlu və iki qızı var. İlk nikahdan olan oğlu - aktyor, rejissor və prodüser 2012-ci ildə vəfat edib. 

Son xəbərlər

Orphus sistemi