Beyons "MTV Video Music Awards 2016" mükafatına layiq görülüb

Beyons "MTV Video Music Awards 2016" mükafatına layiq görülüb Mərasim Nyu-Yorkun Medison-Skver-Qarden arenasında keçirilib
Şou-biznes
29 Avqust , 2016 08:16
Beyons MTV Video Music Awards 2016 mükafatına layiq görülüb

Bakı. 29 avqust. REPORT.AZ/ "Formation" bəstəsinə çəkilmiş videoklip müğənni Beyonsa MTV telekanalının "Video Music Awards 2016" mükafatını qazandırıb.

"Report" xəbər verir ki, qalibə əlində MTV-nin bayrağını tutan astronavt fiqurlu "ay adamı" heykəlciyi təqdim olunub.

Bu ilin ən nüfuzlu videosu kateqoriyasında Beyonsla yanaşı Adelin "Hello", kanadalı rep ifaçısı Dreykin "Hotline Bling", Castin Biberin "Sorry" və amerikalı reper Kanye Uestin "Famous" bəstəsinə çəkilmiş videoklip təqdim olunub.

Beyons, həmçinin "Ən yaxşı video ifaçısı" nominasiyasında "Hold Up" videosuna görə mükafat alıb.

"MTV Video Music Awards 2016" illik mükafatı qaliblərinin elan olunması və mükafatlandırılması mərasimi bazar günü Nyu-Yorkun Medison-Skver-Qarden arenasında keçirilib.

Son xəbərlər

Orphus sistemi