“Amburan Mall”da “CinemaPlus” kinoteatrının təntənəli açılışı baş tutub - FOTO - VİDEO

“Amburan Mall”da “CinemaPlus” kinoteatrının təntənəli açılışı baş tutub - FOTO - VİDEO Möhtəşəm açılış açıq səma altında keçib
Şou-biznes
3 Avqust , 2016 13:27
“Amburan Mall”da “CinemaPlus” kinoteatrının təntənəli açılışı baş tutub - FOTO - VİDEO

Bakı. 3 avqust. REPORT.AZ/ Xəzərin sahilində, Bilgəh qəsəbəsində olan “Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən müasir premium kinoteatr “CinemaPlus” Amburanın təntənəli açılışı baş tutub.

"Report"un verdiyi xəbərə görə, gecənin qonaqları şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər, sahibkarlar və iri şirkətlərin rəhbərləri olublar.

Möhtəşəm açılış açıq səma altında keçib. Əsas diqqəti dekorasiya, güllərdən arka, şarlar və nəhəng dirijabl çəkib. Tədbirin tamamlayıcı hissəsi isə nəhəng tort və salyut olub.

Tədbirdə iştirak edən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və “Amburan Mall” ticarət mərkəzinin baş meneceri Rəcəb Babayev açılışı nitqi ilə qonaqları salamlayıblar və hər kəsi təbrik ediblər. Həmçinin tədbirdə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin repertuar planlaşdırılması üzrə direktoru Faiq Kazımov çıxış edib.

Əsas tərəfdaşlarından biri isə beynəlxalq keyfiyyətə nəzarət sahəsində lider sayılan “İntertek” şirkəti idi.

Qeyd edək ki, dünyada 44 ölkədə 500-dən çox kinoteatrı dizayn işlərini reallaşdıran Kanadanın “Mesbur+Smith Architects” şirkəti “CinemaPlus” Amburan Mall kinoteatrının da dizayn işlərini tam olaraq görüb.

“CinemaPlus” Amburan Mall-da dünya standartlarına cavab verən 3 zal var. Zallar ispan istehsalı olan yüksək səviyyəli rahat kreslolar ilə təchiz olunub. Bundan başqa “CinemaPlus” Amburan Mall kinoteatrında Master İmage 3D texnologiyası tətbiq olunur.

Həmçinin VİP zalda tamaşaçıların filmlərə, kino nümayişi zamanı qida və içki sifariş etmək şəraiti yaradan şəxsi masası olan kreslolarda izləmək imkanları olacaq. Kino izləyərkən mobil telefonları kreslolarda xüsusi quraşdırılmış USB avadanlığının köməyi ilə cərəyan etmək şansı da əldə edəcək.

Kinosevərlərə unudulmaz anlar və ideal istirahət bəxş etmək imkanı bununla məhdudlaşmır. Təbii ki, popkornsuz və sərinləşdirici içkilərsiz film izləmək və həzz almaq ağlasığmazdır. Burada xoş və komfortlu istirahət üçün müxtəlif popkornlar, şəkərli pambıqlar və buzlu alkoqolsuz kokteyllər təklif olunur.

Tədbirin sponsorları Cinema Distribution, Avto FM, Kevents Group, Bolşoy prazdnik, AZZA, TNT və İDEAL Parfumery olub.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasından ən yaxşı premyeraları ilə sevindirməyə hazırdır.

Daha ətraflı məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin:

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Son xəbərlər

Orphus sistemi