Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu keçirilib

Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu keçirilib Forumda Salyan və ətraf rayonlardan 500-ə yaxın yeniyetmə və gənc iştirak edib
Sosial müdafiə
2 Oktyabr , 2015 18:36
Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu keçirilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Salyan rayon Heydər Əliyev Mərkəzində "Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu" keçirilib. Bu barədə "Report"a Gənclər üçün Təhsil Mərkəzindən məlumat verilib.

Mərkəzin keçirdiyi Forumun əsas məqsədi region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaqdır.

Forum Azərbaycan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə narkomaniyaya qarşı mübarizə sahəsində QHT-dövlət əməkdaşlığının çox uğurlu təşkili barədə Forum iştirakçılarını məlumatlandırıb.

Tədbirdə qeyd olunub ki, narkomaniya bəşəri problem olaraq bütün dünyanı əhatə edir və bunun çox təhlükəli fəsadları ola bilər. Bu bəlaya qarşı mübarizə çox ciddi məsuliyyət və zaman tələb edir. Məhz bu səbəbdəndir ki, Azərbaycanda da narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsas məsələlərindən biri kimi hesab olunur.

Forumun ikinci hissəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən iştirakçı gənclərə narkomaniyaya qarşı mübarizə sahəsində məruzələr edilib, birgə əməkdaşlıq formaları müzakirə edilmiş və gəncləri maraqlandıran suallar cavablandırılıb.

Forumda Salyan və ətraf rayonlardan 500-ə yaxın yeniyetmə və gənc iştirak edib.

Son xəbərlər

Orphus sistemi