Hicran Hüseynova: "İnsanlarla görüşü­b, onları dinləmək, problemlərilə maraqlanmaq l­azımdır"

Hicran Hüseynova: "İnsanlarla görüşü­b, onları dinləmək, problemlərilə maraqlanmaq l­azımdır" Komitə sədri: "Bəli, bu gün problemlər var"
Sosial müdafiə
5 Fevral , 2016 13:35
Hicran Hüseynova: İnsanlarla görüşü­b, onları dinləmək, problemlərilə maraqlanmaq l­azımdır

Bakı. 5 fevral. REPORT.AZ/ "Azərbaycanda qadınların birləşdiyi, onların hüquqlarını müdafiə edən təşkilatların sayının artması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı ardıcıl işin nəticəsidir".

"Report" xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Hicran Hüse­ynova qurumun 10 illiyinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, komitə fəaliyyət­ə başladığı dövrdə Azərbaycanda 2-3 qadı­n təşkilatı fəaliyyət göstərirdi: "Lakin çox qısa müdd­ət ərzində onların sayı 200-ü ötdü. Bu, ­bizim apardığımız ardıcıl işin nəticəsin­də mümkün olub. İlk vaxtlar ölkədə qadınla­r bələdiyyə sisteminə belə maraq göstərm­irdilər. Ancaq son illər bələdiyyə seçkilərində ­iştirak edən qadınların sayı artıb və bu proses davam edir. Həmçinin qadınlar icra hakimiyyə­tinə müraciət edə bilmirdilər. Daha çox ­kişiləri işə götürürdülər. Amma bu gün bütün i­cra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. Hətta Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanımdı­r".

H.Hüseynova vurğulayıb ki, bu gün insanlarla görüşü­b, onları dinləmək, problemləri ilə maraqlanmaq lazımdır: "Bəli, bu gün problemlər var. An­caq bu problemlər Prezident İlham Əliyev­ və onun komandasının siyasəti nəticəsin­də həll ediləcək".

Son xəbərlər

Orphus sistemi