Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi aşağı salınacaq

Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi aşağı salınacaq “Azərbaycan gəncləri” statistik toplusunun təkmilləşdirilmiş formatı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsasını təşkil edəcək
Sosial müdafiə
27 Yanvar , 2015 09:28
Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi aşağı salınacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın səmərəliliyini qiymətləndirmək məqsədi ilə qiymətləndirmə indikatorları sistemi və onların ölçmə mexanizmləri yaradılacaq. “Report” xəbər verir ki, Strategiya sənədinə əsasən, bu indikatorlar görülən işlərlə gənclərin vəziyyəti arasında əlaqəni özündə ehtiva etməlidir. Mövcud “Azərbaycan gəncləri” statistik toplusunun təkmilləşdirilmiş formatı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsasını təşkil edəcək.

Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər bir sıra nailiyyətlərin olması gözlənilir. Bu sıraya gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, gənclərin təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin edilməsi, ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi, gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədi ilə zəruri məişət və məşğulluq infrastrukturunun yaradılması, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması və s. daxildir.

Son xəbərlər

Orphus sistemi