Fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı yeni qaydada sığorta ediləcək

Fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı yeni qaydada sığorta ediləcək Qanun layihəsinə dəyişiklik səsverməyə qoyularaq qəbul edilib
Sosial müdafiə
2 Fevral , 2015 16:04
Fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı yeni qaydada sığorta ediləcək

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan parlamentinin bu gün keçirilən plenar iclasında "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanun layihəsinə dəyişiklik edilib. "Report" xəbər verir ki, mövcud dəyişiklik qanun layihəsinin 23.1-ci maddəsinin yeni redaksiyada verilməsidir.

Dəyişikliyə əsasən, fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" qanununa uyğun olaraq icbari qaydada sığorta etdirilir.

Xatırladaq ki, dəyişiklikdən öncə fövqəladə hallar orqanları əməkdaşlarının həyatı və sağlamlığı dövlət büdcəsinin vəsaiti hesabına qanunvericiliyə uyğun olaraq icbari sığorta edilməsi qeyd olunurdu.

Qanun layihəsinə dəyişiklik səsverməyə qoyularaq qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi